Maliyyə Nazirliyinin yenilənmiş hesabatına görə, 2024-cü il yanvarın 1-nə Azərbaycanın 6 milyard 461,2 milyon ABŞ dolları məbləğində xarici dövlət borcu olub. Bu, 2023-cü il üzrə ümumi daxili məhsulun (ÜDM) 8,9 faizinə bərabərdir.
2011-ci ilə xarici borcun ÜDM-ə nisbəti 7,4 faiz, 2012-ci ilə 7,6 faiz, 2013-cü ilə 8,3 faiz, 2014-cü ilə 8,2 faiz, 2015-ci ilə 8,6 faiz, 2016-cı ilə 19,8 faiz, 2017-ci ilə 20,4 faiz, 2018-ci ilə 22,8 faiz, 2019 və 2021-ci illərə 19 faiz, 2020-ci ilə 17,3 faiz, 2022-ci ilə 13,5 faiz, 2023-cü ilə 8,5 faiz göstərilib.
Novator.az bildirir ki, 2011-ci ilə 3 milyard 857,3 milyon dollar, 2012-ci ilə 4 milyard 816,7 milyon dollar, 2013-cü ilə 5 milyard 708,4 milyon dollar, 2014-cü ilə 4 milyard 753,2 milyon manat (həmin dövrün rəsmi məzənnəsi ilə 6 milyard 58,9 milyon dollara yaxın) xarici borc qeydə alınıb.
2015-ci il 6 milyard 478,2 milyon dollar, 2016-cı il 6 milyard 894,3 milyon dollar, 2017-ci il 6 milyard 913,2 milyon dollar, 2018-ci il 9 milyard 398,3 milyon dollar, 2019-cu il 8 milyard 927 milyon dollar, 2020-ci il 8 milyard 320 milyon dollar, 2021-ci il 8 milyard 100,4 milyon dollar, 2022-ci il 7 milyard 393,4 milyon dollar, 2023-cü il 6 milyard 693,2 milyon dollarla başlayıb.