Türkiyədə ABŞ dollarının rəsmi kursu 31,2 lirəni ötüb. Azərbaycan Mərkəzi Bankı isə martın 1-də 100 Türkiyə lirəsini 5 manat 42 qəpiyə təklif edir. Bu, ilin siftə məzənnəsindən 29 qəpik aşağı göstəricidir.
2021-2023-cü illərdə 100 lirənin rəsmi qiyməti 22 manat 91 qəpikdən 5 manat 76 qəpiyə düşüb, 2024-cü il 5 manat 71 qəpiklə başlayıb.