Mərkəzi Bank statistik bülleten yayıb. Açıqlamaya görə, 2024-cü il fevralın 1-nə Azərbaycanda 23 milyard 566,4 milyon manat kredit, 13 milyard 116,2 milyon manat əmanət rəsmiləşib.
Bankların cəmi aktivləri 49 milyard 296,8 milyon manat, cəmi öhdəlikləri 43 milyard 114,4 milyon manat göstərilir.
Qaytarılma vaxtı keçmiş kreditlərin məbləği fevralın 1-nə 454,1 milyon manat olub.
Hesabata əsasən, 23 bankın 475 filialı, 104 şöbəsi, 23633 nəfər işçisi qeydə alınıb.