![]({"full":{"0":"2018\/03\/Baki-Statistika-\u0130daresi-1.jpg","1":750,"2":475,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2018\/03\/Baki-Statistika-\u0130daresi-1.jpg"}})
2024-cü il yanvarın 1-nə paytaxtda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 1183 manata çatıb. Hesabatı yayan Bakı Şəhər Statistika İdarəsi bildirir ki, yanvarda paytaxt sənayesində istehsal və xidmətlər 4,3 milyard manat həcmində rəsmiləşib, 2023-cü ilin ilk ayına nəzərən ticarət dövriyyəsinin həcmində 7,4 faiz, ictimai iaşə dövriyyəsinin həcmində 10 faiz, ödənişli xidmətlərin dəyərində 15,4 faiz artım qeydə alınıb.