• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Qarabağ”ın Avropa yolu

  • 23 Fevral 2024
  • comments
  • hikmet
  • Posted in Xəbər

UEFA Avropa Liqasında Azərbaycanı təmsil edən “Qarabağ” 1/8 finalda (7-14 mart) “Bayer” (Almaniya) komandası ilə üz-üzə gələcək.

2023-2024 mövsümünə Çempionlar Liqasının birinci mərhələsində start verən “Qarabağ” ikinci raundda ilişərək Avropa Liqasına köçüb, turnirin H qrupunda “Bayer”ə səfərdə 1:5, evdə 0:1 hesabı ilə uduzub.

1904-cü ildə yaradılan “Bayer” 1 dəfə Almaniya kubokuna, 1 dəfə UEFA kubokuna (indiki Avropa Liqası) sahib çıxıb.

1951-ci ildə Ağdam şəhərində yaradılan “Qarabağ” komandası 1977-ci ilədək “Məhsul”, 1982-ci ilədək “Şəfəq”, 1988-ci ilədək “Kooperator” adı daşıyıb, 1 dəfə Azərbaycan SSR-in, 10 dəfə müstəqil Azərbaycanın çempionu olub, 7 dəfə Azərbaycan kubokunu qazanıb.

Novator.az bildirir ki, “Qarabağ” əvvəllər 18 dəfə UEFA-nın əsas klub turnirlərinə vəsiqə əldə edib.

1996-1997 mövsümündə “Qarabağ” Kuboklar kubokunun (1960-cı ildən keçirilib, 1999-cu ildə ləğv edilib) ilk təsnifat mərhələsində ələnib.

Komanda 1997-1998 mövsümündə UEFA kubokunun (1971-ci ildən keçirilən turnir 2009-cu ildən Avropa Liqası adlanır) ilk təsnifat raundunu adlaya bilməyib.

1998-1999 mövsümündə Kuboklar kubokunun, 2004-2005 və 2006-2007 mövsümlərində UEFA kubokunun ilk təsnifat mərhələsini keçmək mümkün olmayıb.

2009-2010 mövsümündə “Qarabağ” Avropa Liqasında iki, 2010-2011 mövsümündə üç, 2011-2012 mövsümündə iki, 2013-2014 mövsümündə üç təsnifat mərhələsini aşıb.

“Qarabağ” 2014-2015, 2015-2016, 2016-2017 mövsümlərində Çempionlar Liqasında (1955-ci ildən keçirilən turnir 1992-ci ilə qədər Çempionlar kuboku adlanıb) start götürüb, sonra Avropa Liqasına adlayaraq qrup mərhələsində mübarizə aparıb.

2017-2018 mövsümündə komanda Çempionlar Liqasının qrup mərhələsində oynayıb.

2018-2019, 2019-2020, 2020-2021 mövsümlərinə Çempionlar Liqasında başlayan “Qarabağ” ələnərək Avropa Liqasının qrup mərhələsində yarışıb.

Konfrans Liqasının siftəsi olan 2021-2022-ci il mövsümündə “Qarabağ” 1/16 finala qədər irəliləyib.

2022-2023 mövsümünə Çempionlar Liqasında başlayan “Qarabağ” əvvəl Avropa Liqasına adlayıb, sonra Konfrans Liqasına ələnib və 1/16 finalda uduzub.

“Qarabağ” UEFA-nın tərtib etdiyi klublar reytinqində 56-cı pilləni bölüşür. Ağdam təmsilçisi Türkiyənin “Fənərbaxça” və Şotlandiyanın “Seltik” komandaları ilə eyni əmsala sahibdir: 32,000.

Məhkəmə-Hüquq Şurası yeni səlahiyyətlər alır

  • 23 Fevral 2024
  • comments

Bakıda orta maaş, başqa göstəricilər

  • 26 Fevral 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda