Fevralın 22-də 100 Türkiyə lirəsinin rəsmi məzənnəsi 5 manat 48 qəpiyə düşüb. Bu, ilin siftəsindən 23 qəpik aşağı qiymətdir.
Azərbaycan Mərkəzi Bankı 2021-2023-cü illərdə 100 lirənin kursunu 22 manat 91 qəpikdən 5 manat 76 qəpiyə endirib, 2024-cü ilə 5 manat 71 qəpiklə start verib.
Hazırda Türkiyədə ABŞ dollarının rəsmi kursu 30,9 lirəni ötür. Ölkənin Mərkəzi Bankı devalvasiyanı cilovlamaq üçün uçot dərəcəsini (banklara verilən borclar üzrə faiz dərəcəsi) davamlı artırır. 2023-cü il iyunun 22-dən 2024-cü il yanvarın 25-dək uçot dərəcəsi 8,5 faizdən 45 faizə yüksəlib.