Azərbaycan Mərkəzi Bankı fevralın 20-də 100 Türkiyə lirəsini 5 manat 50 qəpiyə satır. Novator.az bildirir ki, bu, ilin start qiymətindən 21 qəpik aşağı göstəricidir.
2021-2023-cü illərdə 100 lirənin rəsmi kursu 22 manat 91 qəpikdən 5 manat 76 qəpiyə düşüb, 2024-cü il 5 manat 71 qəpiklə başlayıb.
Hazırda Türkiyədə ABŞ dollarının rəsmi məzənnəsi 30,8 lirəni ötür. Ölkənin Mərkəzi Bankı lirənin dəyər itirməsini dayandırmaq üçün uçot dərəcəsini (banklara verilən borclar üzrə faiz dərəcəsi) davamlı artırır. 2023-cü il iyunun 22-dən 2024-cü il yanvarın 25-dək uçot dərəcəsi 8,5 faizdən 45 faizə yüksəlib.