Fevralın 20-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 88,31 dollara satılır.
2024-cü ilin dövlət büdcəsində bir barrel neft 60 dollardan götürülüb, “AzəriLayt” yanvara 80,19, fevrala 86,28 dollarla başlayıb.
Yanvarda Azərbaycanda 2,5 milyon ton neft çıxarılıb, ölkədən 863,4 milyon dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub.
Gündəlik xam neft hasilatı 474 min barrel göstərilib. Beynəlxalq razılaşma 2024-cü il üçün gündəlik hasilat həddini 551 min barrel müəyyən edib.