Dövlət Statistika Komitəsinin hesabatına görə, 2024-cü il yanvarın 1-nə Azərbaycanın muzdlu işçilərinin orta aylıq nominal əməkhaqqı 933,8 manata çatıb, iqtisadi fəaliyyət növləri üzrə orta maaş belə rəsmiləşib:
mədən sənayesi – 3347,5 manat;
maliyyə və sığorta fəaliyyəti – 2325,5 manat;
peşə fəaliyyəti, elmi və texniki fəaliyyət – 1573,5 manat;
informasiya və rabitə – 1512,8 manat;
dövlət idarəetməsi və müdafiə; sosial təminat – 1356,4 manat;
nəqliyyat və anbar təsərrüfatı – 1278 manat;
tikinti – 1055 manat;
elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 959,7 manat;
daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 910,1 manat;
emal sənayesi – 844,3 manat;
əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi – 804,1 manat;
istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət – 726,1 manat;
turistlərin yerləşdirilməsi və ictimai iaşə – 720,5 manat;
təhsil – 713,3 manat;
su təchizatı, tullantıların təmizlənməsi və emalı – 710,2 manat;
ticarət; nəqliyyat vasitələrinin təmiri – 631,2 manat;
inzibati və yardımçı xidmətlərin göstərilməsi – 563,9 manat;
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 559 manat;
başqa sahələrdə xidmətlərin göstərilməsi – 1104,7 manat.
Ölkədə minimum aylıq əməkhaqqı 345 manatdır.