Dövlət Statistika Komitəsi bildirir ki, yanvarda kənd təsərrüfatı məhsulu 2023-cü ilin ilk ayı ilə müqayisədə 1,2 faiz artıb (heyvandarlıq məhsulları istehsalı 1,2 faiz, bitkiçilik məhsulları istehsalı 0,8 faiz).
Hesabata görə, nəqliyyat sektorunda yük daşınması üzrə 2 faiz, sərnişin daşınması üzrə 5,3 faiz artım qeydə alınıb, informasiya və rabitə xidmətlərinin həcmində 11,8 faiz, ictimai iaşə dövriyyəsində real ifadədə 9,7 faiz, ödənişli xidmətlərin dəyərində real ifadədə 4,9 faiz yüksəliş rəsmiləşib.
Əhalinin gəlirlərinin nominal ifadədə 4,5 faiz artdığı vurğulanır, qeyd olunur ki, yanvarda dövlət büdcəsinə 3 milyard 465,9 milyon manat vəsait gəlib, büdcədən 1 milyard 723,7 milyon manat xərclənib.
Yanvarın 1-nə ölkənin bank və başqa kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 23 milyard 979,1 milyon manat, əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 12 milyard 947,8 milyon manat göstərilib.
Statistikaya əsasən, 2023-cü ildə ölkədə 82,3 min yeni iş yeri açılıb, 14,9 min iş yeri bağlanıb, 2024-cü il fevralın 1-nə 4 milyon 963,5 min nəfər məşğul şəxs, 217,9 min nəfər işsiz rəsmiləşib.