2024-cü ilin yanvarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 2,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, pərakəndə ticarət şəbəkəsində xərclənən vəsaitin 49,9 faizi ərzaq məhsullarının, 5 faizi içkilər və tütün məmulatlarının payına düşüb.
Başqa bir rəsmi məlumata görə, 2023-cü ildə Azərbaycanın hüquqi və fiziki şəxsləri 193 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 121 ölkəyə ixrac, 184 ölkədən idxal qeydə alınıb, 2022-ci illə müqayisədə xarici ticarət dövriyyəsi real ifadədə 5,6 faiz azalıb. İdxalın real ifadədə 1,9 faiz artdığı, ixracın 8,2 faiz azaldığı qeyd olunur.