• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qələbə faizi

  • 11 Fevral 2024
  • comments
  • hikmet
  • Posted in Xəbər

Mərkəzi Seçki Komissiyası fevralın 7-də keçirilmiş prezident seçkisinin rəsmi nəticələrini bəyan edib. Məlumata görə, dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev 92,12 faiz səslə qalib gəlib. Qalan səslər 6 namizəd (Milli Məclisin insan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, Milli Məclisin mədəniyyət komitəsinin sədri, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Məclisin üzvü, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək İctimai Birliyinin sədri Fuad Əliyev) arasında bölünüb.

Seçkinin qəti nəticələrini Konstitusiya Məhkəməsi təsdiqləməli, bundan sonra andiçmə mərasimi keçirilməlidir.

1961-ci il dekabrın 24-ü Bakıda doğulan İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu və həmin təhsil ocağının aspiranturasını bitirib, orada müəllimlik eləyib. Tarix elmləri namizədidir.

1991-ci ildən Moskvada özəl şirkətə rəhbərlik edib.

1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti, 1996-cı ildə birinci vitse-prezidenti təyin olunub.

1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib.

2003-cü il avqustun 4-də baş nazir vəzifəsinə gətirilib, həmin il oktyabrın 15-də və 2008-ci ilin eyni günündə prezident mandatı alıb.

2009-cu ildə eyni şəxsin ardıcıl iki dəfədən çox prezident seçilməsinə yasaq götürülüb və İlham Əliyev 2013-cü il oktyabrın 9-da üçüncü dəfə dövlət başçısı seçilib.

2016-cı ildə prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırılıb, 2018-ci il aprelin 11-də İlham Əliyev yenə prezident seçkisini udub, 2023-cü il dekabrın 7-də növbədənkənar prezident seçkisinə sərəncam verib.

Qonşuluqda turizm

  • 09 Fevral 2024
  • comments

Yaşıl meydanlarda

  • 12 Fevral 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda