• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prezident seçkisinin nəticələri

  • 09 Fevral 2024
  • comments
  • hikmet
  • Posted in Xəbər

Mərkəzi Seçki Komissiyası fevralın 7-də keçirilmiş prezident seçkisinin ilkin nəticələrini açıqlayıb. Hesabata görə, dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev 92,12 faiz səslə önə çıxıb.

Milli Məclisin insan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc 2,17 faiz, Milli Məclisin mədəniyyət komitəsinin sədri, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa 1,98 faiz, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev 1,72 faiz, Milli Məclisin üzvü, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev 0,80 faiz, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev 0,66 faiz, Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək İctimai Birliyinin sədri Fuad Əliyev 0,53 faiz səslə göstərilir.

Prezident seçilmək üçün səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxunun səsini almaq tələb olunur. Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq uzağı 10 gün ərzində prezident seçkisinə yekun vurub nəticələrini təsdiq üçün Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Konstitusiya Məhkəməsinin qəti qərarı elan olunduğu gündən başlayaraq yeni prezident 3 gün ərzində and içməlidir.

1961-ci il təvəllüdlü İlham Əliyev ali diplomat təhsili alıb, tarix elmləri namizədidir. 1994-cü ildən Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti, 1996-cı ildən birinci vitse-prezidenti olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib.

2003-cü il avqustun 4-də baş nazir təyin edilib, həmin il oktyabrın 15-də və 2008-ci ilin eyni günündə prezident mandatı alıb.

2009-cu ildə eyni şəxsin ardıcıl iki dəfədən çox prezident seçilməsi yasağı götürülüb və İlham Əliyev 2013-cü il oktyabrın 9-da yenə dövlət başçısı seçilib.

2016-cı ildə prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırılıb, 2018-ci il aprelin 11-də İlham Əliyev növbədənkənar prezident seçkisini udub.

2023-cü il dekabrın 7-də İlham Əliyev növbədənkənar prezident seçkisinə sərəncam verib.

Azərbaycan prezident seçkisinə gedir

Prezident seçkilərinin tarixi

Prezidentliyə namizəd göstərmək hüquqlu partiyalar

Seçki təqvimindən

Hakim partiya İlham Əliyevi seçir

Hakimiyyətdə veteranlar

Seçki yarışının iştirakçıları

Prezidentliyə namizədlər

Ödənişsiz efir: mümkün müddət

Namizədlərin efir vaxtı

İstefa verəsi şəxslərin siyahısı

Gürcüstanın yeni hökuməti rəsmiləşib

  • 08 Fevral 2024
  • comments

Lirənin günü, illəri

  • 09 Fevral 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda