Mərkəzi Bankın İdarə Heyəti yanvarın 31-də uçot dərəcəsini (kommersiya banklarına manatla verilən borclar üzrə faiz dərəcəsi) 8 faizdən 7,75 faizə endirib. Qərar fevralın 1-dən qüvvəyə minir.
Rəsmi açıqlamaya görə, növbəti qərarlar bu tarixlərdə açıqlanacaq: 28 mart, 1 may, 21 iyun, 31 iyul, 18 sentyabr, 30 oktyabr, 18 dekabr.