• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ABŞ prezidentliyinə iddiaçılar

  • 23 Yanvar 2024
  • comments
  • hikmet
  • Posted in Xəbər

Novator.az ABŞ prezidentliyinə iddiaçıların siyahısına nəzər salıb.

Prezident seçkisinin ilk raundu 2024-cü il noyabrın 5-də keçiriləcək. Həmin gün 50 ştat və 1 federal dairədən xüsusi nümayəndələr – Seçicilər Kollegiyası seçilməlidir. Ümumxalq səsverməsindən sonra Seçicilər Kollegiyası prezidenti seçməli, bu barədə qərar Konqresin (Nümayəndələr Palatası və Senat) iclasında təsdiqlənməlidir.

Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq lazımdır.

Demokratlar Partiyasından prezidentliyə üç iddiaçı var: dövlət başçısı Cozef Bayden, yazıçı və siyasətçi Marianna Uilyamson, siyasətçi, konqresmen Din Fillips.

1942-ci il təvəllüdlü Cozef Bayden 7 dəfə Senatın üzvü seçilib. 2009-2017-ci illərdə vitse-prezident postunu tutub.

2020-ci il noyabrın 3-də keçirilmiş ümumxalq səsverməsində Seçicilər Kollegiyasına 306 nümayəndə qazanıb. Seçicilər Kollegiyasındakı 14 dekabr 2020-ci il səsverməsi də eyni nəticə ilə yekunlaşıb. 2021-ci il yanvarın 7-də Senatın və Nümayəndələr Palatasının birgə iclasında Seçicilər Kollegiyasındakı səsvermənin nəticəsi – Cozef Baydenin prezident seçilməsi təsdiqlənib. Yanvarın 20-də Cozef Bayden and içərək prezident səlahiyyətlərinin icrasına başlayıb.

1952-ci il təvəllüdlü Marianna Uilyamson müharibə əleyhdarı, xeyriyyəçi kimi ad çıxarıb.

1969-cu il təvəllüdlü Din Fillips desert və spirtli içkilər biznesində pay sahibidir. 2019-cu ildən Nümayəndələr Palatasının üzvüdür.

Respublikaçılar Partiyasından iki iddiaçı qeydə alınıb: sabiq prezident Donald Tramp, siyasətçi Nikki Heyli.

1946-cı il təvəllüdlü Donald Tramp uzun illər tikinti biznesi ilə məşğul olub. 2017-2021-ci illərdə prezident postunu tutub.

1972-ci il təvəllüdlü Nikki Heyli Hindistan əsillidir (Nimrata Randxava). 2011-2017-ci illərdə Cənubi Karolina ştatının qubernatoru, 2017-2018-ci illərdə ölkənin BMT-dəki daimi nümayəndəsi olub.

Partiyaların prezidentliyə rəsmi namizədi qurultaylarda təsdiqlənməlidir.

15161 hadisə, 62 ölüm

  • 23 Yanvar 2024
  • comments

Lirənin 24 günü

  • 24 Yanvar 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda