Mərkəzi Bank 2024-cü il yanvarın 1-nə valyuta ehtiyatını 11 milyard 613 milyon dollar göstərib. Bu, bir il öncə ilə müqayisədə 2 milyard 617,3 milyon dollar çoxdur.
Novator.az bildirir ki, 2015-ci ilin əvvəlinə 13 milyard 758,3 milyon dollar valyuta ehtiyatı olub, ilin sonuna 5 milyard 16,7 milyon dollara enib.
2017-ci ilin əvvəlinə ehtiyat 3 milyard 974,4 milyon dollar, 2018-ci ilin əvvəlinə 5 milyard 334,6 milyon dollar, 2019-cu ilin əvvəlinə 5 milyard 625,7 milyon dollar, 2020-ci ilin əvvəlinə 6 milyard 258 milyon dollar, 2021-ci ilin əvvəlinə 6 milyard 369,4 milyon dollar, 2022-ci ilin əvvəlinə 7 milyard 75 milyon dollar, 2023-cü ilin əvvəlinə 8 milyard 995,7 milyon dollar həcmində rəsmiləşib.