• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prezidentliyə namizədlər

  • 09 Yanvar 2024
  • comments
  • hikmet
  • Posted in AktualXəbər

Fevralın 7-si Azərbaycanda prezident seçkisi keçiriləcək. Novator.az bildirir ki, Mərkəzi Seçki Komissiyası 7 nəfərin namizədliyini qeydə alıb:

İlham Əliyev

1961-ci il dekabrın 24-də doğulub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (Rusiya) və həmin təhsil ocağının aspiranturasını bitirib. Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti, Milli Məclisin deputatı, ölkənin baş naziri olub. 2003, 2008, 2013 və 2018-ci illərdə prezident seçilib. Yeni Azərbaycan Partiyasının sədridir.

Elşad Musayev

1963-cü il sentyabrın 5-də doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Böyük Azərbaycan Partiyasının sədridir.

Qüdrət Həsənquliyev

1965-ci il yanvarın 29-da doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavinidir.

Fazil Mustafa

1965-ci il oktyabrın 19-da doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin mədəniyyət komitəsinin sədridir.

Fuad Əliyev

1970-ci il aprelin 4-də doğulub. Azərbaycan Dillər Universitetini bitirib. Azərbaycan Liberal Demokrat Partiyasının (2023-cü ildə fəaliyyətini dayandırıb) sədri olub.

Razi Nurullayev

1971-ci il aprelin 1-də doğulub. Azərbaycan Dillər Universitetinin ingilis-fransız dilləri pedaqoji fakültəsini və Cənubi Rusiya Humanitar İnstitutunun hüquq fakültəsini bitirib. Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin üzvüdür.

Zahid Oruc

1972-ci il fevralın 1-də doğulub. Azərbaycan Texniki Universitetinin avtomatika və hesablama texnikası fakültəsini bitirib. Milli Məclisin insan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədridir.

Səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxunun səsini alan namizəd prezident seçilmiş sayılır. Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə prezident seçkisinə yekun vurur və nəticələrini təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə təqdim edir. Konstitusiya Məhkəməsinin bu haqda qərarı qətidir. Prezident seçilmiş şəxs seçkinin yekunları haqqında məlumatın rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.

Azərbaycan prezident seçkisinə gedir

Prezident seçkilərinin tarixi

Prezidentliyə namizəd göstərmək hüquqlu partiyalar

Seçki təqvimindən

Hakim partiya İlham Əliyevi seçir

Hakimiyyətdə veteranlar

Seçki yarışının iştirakçıları

Valyuta ehtiyatı

  • 09 Yanvar 2024
  • comments

Vizasız səfər: hansı pasportlar güclüdür?

  • 10 Yanvar 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda