Novator.az 2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkisinə qoşulan şəxslərin siyahısını təqdim edir:
İlham Əliyev
1961-ci il dekabrın 24-də doğulub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (Rusiya) və həmin təhsil ocağının aspiranturasını bitirib. Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti, Milli Məclisin deputatı, ölkənin baş naziri olub. 2003, 2008, 2013 və 2018-ci illərdə prezident seçilib. Yeni Azərbaycan Partiyasının sədridir.
Zahid Oruc
1972-ci il fevralın 1-də doğulub. Azərbaycan Texniki Universitetinin avtomatika və hesablama texnikası fakültəsini bitirib. Milli Məclisin insan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədridir.
Fazil Mustafa
1965-ci il oktyabrın 19-da doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin mədəniyyət komitəsinin sədridir.
Fuad Əliyev
1970-ci il aprelin 4-də doğulub. Azərbaycan Dillər Universitetini bitirib. Azərbaycan Liberal Demokrat Partiyasının (2023-cü ildə fəaliyyətini dayandırıb) sədri olub.
Elşad Musayev
1963-cü il sentyabrın 5-də doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Böyük Azərbaycan Partiyasının sədridir.
Qüdrət Həsənquliyev
1965-ci il yanvarın 29-da doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavinidir.
Razi Nurullayev
1971-ci il aprelin 1-də doğulub. Azərbaycan Dillər Universitetinin ingilis-fransız dilləri pedaqoji fakültəsini və Cənubi Rusiya Humanitar İnstitutunun hüquq fakültəsini bitirib. Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin üzvüdür.
Sərvan Kərimov
1958-ci il iyunun 20-də doğulub. Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. Fərdi elmi yaradıcılıqla məşğuldur.
Mətləb Mütəllimli
1949-cu il mayın 20-də doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1990 və 1995-ci illərdə parlamentin deputatı seçilib. 1992-ci ildə baş prokurorun birinci müavini postunu tutub. Sosial Ədalət Partiyasının (2023-cü ildə fəaliyyətini dayandırıb) sədri olub.
Abutalıb Səmədov
1961-ci il fevralın 19-da doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Milli Məclisin deputatı, Müəllif Hüquqları Agentliyinin sədri, Azərbaycan Naminə Alyans Partiyasının (2023-cü ildə fəaliyyətini dayandırıb) sədri olub. “Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədridir.
Fikrət Yusifov
1957-ci il avqustun 20-də doğulub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 1994-1999-cu illərdə ölkənin maliyyə naziri postunu tutub. “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədridir.
Yusif Bağırzadə
1961-ci il fevralın 19-da doğulub. Daşkənd Dövlət Universitetinin (Özbəkistan) hüquq fakültəsini bitirib. Milli Məclisin deputatı, Mərkəzi Seçki Komissiyasının üzvü, Azərbaycan Milli İstiqlal Partiyasının sədri olub.
Arzuman Abdulkərimov
1972-ci il sentyabrın 5-də doğulub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Birinci Qarabağ müharibəsinin veteranıdır. “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədridir.
Yunus Oğuz
1960-cı il iyulun 22-də doğulub. Rostov Dövlət Universitetinin (Rusiya) fəlsəfə fakültəsini bitirib. Milli Vəhdət Partiyasının (2023-cü ildə fəaliyyətini dayandırıb) sədri olub. “Olaylar” qəzetinin baş redaktorudur.
Qulamhüseyn Əlibəyli
1958-ci il sentyabrın 8-də doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini və həmin təhsil ocağının aspiranturasını bitirib. AXC (AXCP) Ali Məclisinin sədri olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. Aydınlar Partiyasının (2023-cü ildə fəaliyyətini dayandırıb) sədri olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin baş müəllimidir.
Namizəd Səfərov
1955-ci il yanvarın 10-da doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Vəkillik fəaliyyəti ilə tanınıb, Demokratik Qüvvələrin Milli Şurasının üzvü olub.
Əvəz Temirxan
1959-cu il aprelin 1-də doğulub. Yaroslavl Dövlət Universitetinin (Rusiya) hüquq fakültəsini bitirib. Dövlət katibinin baş köməkçisi postunu tutub. Azərbaycan Liberal Partiyasının (2023-cü ildə fəaliyyətini dayandırıb) sədri olub.
Azərbaycan prezident seçkisinə gedir
Prezidentliyə namizəd göstərmək hüquqlu partiyalar