Energetika Nazirliyinin 29 dekabr məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 82,87 dollara satılır. Bu, ilin siftə qiymətindən 5,12 dollar aşağı göstəricidir.
Novator.az bildirir ki, 2023-cü ilin dövlət büdcəsində bir barrel neft 60 dollardan götürülüb. “AzəriLayt” yanvara 87,99, fevrala 87,53, marta 85,01, aprelə 81,88, maya 79,04, iyuna 75,05, iyula 78,85, avqusta 89,27, sentyabra 91,43, oktyabra 97,77, noyabra 91,39, dekabra 84,57 dollarla başlayıb.
Yanvar-noyabr aylarında Azərbaycanda kondensatla birgə 27,6 milyon ton neft çıxarılıb, ölkədən 15 milyard 99,9 milyon dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub.
Gündəlik xam neft hasilatı yanvarda 533 min barrel, fevralda 531 min barrel, martda 515 min barrel, apreldə 512 barrel, may və iyunda 500 min barrel, iyulda 499 min barrel, avqustda 498 min barrel, sentyabrda 491 min barrel, oktyabrda 489 min barrel, noyabrda 492 min barrel göstərilib.
Beynəlxalq razılaşma 2023-cü il üçün gündəlik hasilat həddini 684 min barrel, 2024-cü il üçün 551 min barrel müəyyən edib.