2023-cü il dekabrın 1-nə Bakıda 17,4 milyard manat kredit qeydə alınıb. Novator.az bildirir ki, hesabatı yayan Mərkəzi Bank başqa bölgələri belə sıralayır: Abşeron-Xızı – 837,6 milyon manat, Gəncə-Daşkəsən – 695,7 milyon manat, Lənkəran-Astara – 537,4 milyon manat, Mərkəzi Aran – 462,4 milyon manat, Şəki-Zaqatala – 449,9 milyon manat, Qazax-Tovuz – 429,8 milyon manat, Quba-Xaçmaz – 407,1 milyon manat, Qarabağ – 399,2 milyon manat, Naxçıvan – 381,5 milyon manat, Şirvan-Salyan – 374 milyon manat, Mil-Muğan – 247,9 milyon manat, Dağlıq Şirvan – 158,4 milyon manat.
Dekabrın 1-nə Bakıda 11 milyard manat əmanət qoyulub. Qalan bölgələrin göstəriciləri belə rəsmiləşib: Abşeron-Xızı – 428,6 milyon manat, Gəncə-Daşkəsən – 201,8 milyon manat, Lənkəran-Astara – 118 milyon manat, Quba-Xaçmaz – 112,8 milyon manat, Mərkəzi Aran – 112,1 milyon manat, Şəki-Zaqatala – 110,9 milyon manat, Qazax-Tovuz – 104 milyon manat, Qarabağ – 83,1 milyon manat, Naxçıvan – 64,6 milyon manat, Şirvan-Salyan – 61,9 milyon manat, Mil-Muğan – 46,3 milyon manat, Dağlıq Şirvan – 38,6 milyon manat.
Şərqi Zəngəzur iqtisadi rayonu üzrə statistika açıqlanmır.