Mərkəzi Bankın İdarə Heyəti dekabrın 20-də uçot dərəcəsini 8 faizə endirib. Noyabrın 2-dən 8,5 faiz həddi qüvvədə idi.
Novator.az bildirir ki, uçot dərəcəsi kommersiya banklarına manatla verilən borclar üzrə faiz dərəcəsidir. 2023-cü il 8,25 faizlə start götürüb.
Əvvəlki illərin ilkin faiz dərəcəsi belə olub: 2008-ci il – 13 faiz, 2009-cu il – 8 faiz, 2010-cu il – 2 faiz, 2011-ci il – 3 faiz, 2012-ci il – 5,25 faiz, 2013-cü il – 5 faiz, 2014-cü il – 4,75 faiz, 2015-ci il – 3,5 faiz, 2016-cı il – 3 faiz, 2017 və 2018-ci illər – 15 faiz, 2019-cu il – 9,75 faiz, 2020-ci il – 7,5 faiz, 2021-ci il – 6,25 faiz, 2022-ci il – 7,25 faiz.