• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hakimiyyətdə veteranlar

  • 20 Dekabr 2023
  • comments
  • hikmet
  • Posted in AktualXəbər

2024-cü il fevralın 7-si Azərbaycanda prezident seçkisi keçiriləcək. Dövlət başçısı postuna iddiaçılar arasında prezident İlham Əliyev də var. O, 2003-cü il oktyabrın 31-dən prezidentlik edir. 1993-cü il iyunun 24-dən 2003-cü il oktyabrın 31-dək Heydər Əliyev dövlət başçısı olub. Hakim komandada yer alan 14 yüksək vəzifəli şəxs Heydər Əliyev dövrünün kadrıdır.

Nazirlər Kabinetində baş veteran fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. O, 1995-ci ildən 2006-cı ilə – nazir təyin edilənədək Dövlət Gömrük Komitəsinin sədri olub.

Baş nazirin birinci müavini Yaqub Eyyubov hökumətə 1997-ci ildə gətirilib. 1999-cu ilədək Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinə sədrlik edib, 2003-cü ilədək baş nazirin müavini postunu tutub.

Fikrət Məmmədov 2000-ci ildən ədliyyə naziri, Elçin Quliyev 2002-ci ildən Dövlət Sərhəd Xidmətinin rəisidir.

2019-cu ildən baş nazirlik edən Əli Əsədov 1998-ci ildən prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, 2012-ci ildən Prezident Administrasiyası rəhbərinin müavini, 2017-ci ildən prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri olub.

2006-cı ildən maliyyə naziri olan Samir Şərifov 2001-ci ildən Dövlət Neft Fondunun icraçı direktoru postunu tutub.

2013-cü ildən müdafiə naziri olan Zakir Həsənov 2003-cü ilin yanvarından daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı vəzifəsində xidmət edib.

Fərhad Abdullayev 2003-cü il iyunun 25-dən Konstitusiya Məhkəməsinin sədridir.

Prezidentin köməkçisi, administrasiyanın hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bu dövlət aparatına 1994-cü ildə gətirilib.

Təhlükəsizlik Şurasının katibi Ramil Usubov 1994-2019-cu illərdə daxili işlər naziri olub.

Prezident Administrasiyasının vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov aparata 1996-cı ildə təyinat alıb.

Prezidentin köməkçisi, administrasiyanın dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənov 2000-2001-ci illərdə dövlət əmlakı nazirinin müavini vəzifəsində çalışıb, 2005-ci ildən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri olub.

Məleykə Abbaszadə 2000-ci ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri olub, 2016-cı ildən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasına (Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın birləşdirilməsi hesabına yaradılıb) sədrlik edir.

2018-ci il noyabrın 15-dən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olan Eldar Əzizov 2000-ci ilin mart ayında Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini, həmin ilin iyun ayında Nizami Rayon İcra Hakimiyyətinin (Bakı) başçısı, 2003-cü ildə Gəncə Şəhər İcra Hakimiyyətinin, 2011-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinin, 2015-ci ildə Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib, 2018-ci il iyulun 16-dan Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini kimi başçının səlahiyyətlərini də həyata keçirib.

Azərbaycan prezident seçkisinə gedir

Prezident seçkilərinin tarixi

Prezidentliyə namizəd göstərmək hüquqlu partiyalar

Seçki təqvimindən

Hakim partiya İlham Əliyevi seçir

Aylar üzrə ixrac-idxal

  • 20 Dekabr 2023
  • comments

Turizmin 11 ayı

  • 21 Dekabr 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda