• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Arif Hacılının oğlu həbsdən çıxdı

  • 19 Dekabr 2023
  • comments
  • hikmet
  • Posted in Xəbər

Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı ev dustaqlığına buraxılıb. Qərarı dekabrın 19-da Yasamal Rayon Məhkəməsi çıxarıb. Şərtə əsasən, Orxan Hacılı yaşayış yerini gün ərzində yalnız 3 saat tərk edə bilər.

Yasamal Rayon Polis İdarəsi Orxan Hacılını Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə məsuliyyətə cəlb edib. Rəsmi iddiaya görə, Orxan Hacılının idarə etdiyi avtomobil oktyabrın 11-i Bakıda qəza törədib. hadisədə bir nəfər az ağır xəsarət alıb. Orxan Hacılı oktyabrın 31-də tutulmuş, noyabrın 2-də Yasamal Rayon Məhkəməsi onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçmişdi.

Novator.az bildirir ki, Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə görə, yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda 2 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 min manatdan 7 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.

264-cü maddəyə əsasən, yol hərəkəti qaydalarını pozan şəxsin hadisə yerindən qaçmasına 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası düşür.

1990-cı il təvəllüdlü Orxan Hacılı Vrotslav Universitetini (Polşa) bitirib. Müsavatçıdır.

Arif Hacılı milli azadlıq hərəkatının (1988-1991) öncül şəxslərindəndir. 1991-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin Ali Məclisinə sədrlik edib. 1990-cı ildə parlamentin deputatı seçilib, Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə dövlət müşaviri postunu tutub.

1992-ci ildən Müsavatın katibi, 2001-ci ildən partiya başqanının müavini olub.

2003-2005 və 2011-2012-ci illərdə həbsdə yatıb.

2014 və 2019-cu illərdə başqan seçilib.

Yaxın ölkələrlə alış-veriş

  • 19 Dekabr 2023
  • comments

Əziz Orucova yeni ittiham

  • 19 Dekabr 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda