• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hakim partiya İlham Əliyevi seçir

  • 15 Dekabr 2023
  • comments
  • hikmet
  • Posted in Xəbər

Hakim Yeni Azərbaycan Partiyası dövlət başçısı İlham Əliyevi prezidentliyə namizəd göstərib. Qərar İdarə Heyətinin 15 dekabr iclasında qəbul olunub. Prezident seçkisi 2024-cü il fevralın 7-də keçiriləcək.

Novator.az bildirir ki, 1961-ci il dekabrın 24-də doğulan İlham Əliyev ali diplomat təhsili alıb, tarix elmləri namizədidir.

1994-cü ildən Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti, 1996-cı ildən birinci vitse-prezidenti olub.

1995 və 2000-ci illərdə Milli Məclisin deputatı, 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə birinci müavini seçilib.

2003-cü il avqustun 4-də baş nazir vəzifəsinə təyin edilib, həmin il oktyabrın 15-də və 2008-ci ilin eyni günündə prezident mandatı alıb.

2009-cu ildə eyni şəxsin ardıcıl iki dəfədən çox prezident seçilməsi yasağı götürülüb və İlham Əliyev 2013-cü il oktyabrın 9-da yenə dövlət başçısı seçilib.

2016-cı ildə prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırılıb, 2018-ci il aprelin 11-də İlham Əliyev növbədənkənar prezident seçkisini udub.

2023-cü il dekabrın 7-də İlham Əliyev növbədənkənar prezident seçkisinə sərəncam verib. Seçki 2024-cü il fevralın 7-nə təyin olunub.

İlham Əliyev 2005-ci ildən Yeni Azərbaycan Partiyasının sədridir.

Nazirlər Kabinetində bu şəxslər yer alır: Əli Əsədov – baş nazir, Yaqub Eyyubov – baş nazirin birinci müavini, Şahin Mustafayev, Əli Əhmədov – baş nazirin müavinləri, Ceyhun Bayramov – xarici işlər naziri, Zakir Həsənov – müdafiə naziri, Vüqar Mustafayev – müdafiə sənayesi naziri, Vilayət Eyvazov – daxili işlər naziri, Fikrət Məmmədov – ədliyyə naziri, Kəmaləddin Heydərov – fövqəladə hallar naziri, Samir Şərifov – maliyyə naziri, Mikayıl Cabbarov – iqtisadiyyat naziri, Pərviz Şahbazov – energetika naziri, Məcnun Məmmədov – kənd təsərrüfatı naziri, Rəşad Nəbiyev – rəqəmsal inkişaf və nəqliyyat naziri, Sahil Babayev – əmək və əhalinin sosial müdafiəsi naziri, Teymur Musayev – səhiyyə naziri, Emin Əmrullayev – elm və təhsil naziri, Adil Kərimli – mədəniyyət naziri, Fərid Qayıbov – gənclər və idman naziri, Muxtar Babayev – ekologiya və təbii sərvətlər naziri, Tahir Budaqov – Dövlət Statistika Komitəsinin sədri, Şahin Bağırov – Dövlət Gömrük Komitəsinin sədri, Anar Quliyev – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Rövşən Rzayev – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Bahar Muradova – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Mübariz Qurbanlı – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Fuad Muradov – Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Əli Nağıyev – Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Orxan Sultanov – Xarici Kəşfiyyat Xidmətinin rəisi, Elçin Quliyev – Dövlət Sərhəd Xidmətinin rəisi, Mürsəl İbrahimov – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, Vüsal Hüseynov – Dövlət Miqrasiya Xidmətinin rəisi, Fuad Nağıyev – Dövlət Turizm Agentliyinin sədri, Qoşqar Təhməzli – Qida Təhlükəsizliyi Agentliyinin sədri.

Azərbaycan prezident seçkisinə gedir

Prezident seçkilərinin tarixi

Prezidentliyə namizəd göstərmək hüquqlu partiyalar

Seçki təqvimindən

Tofiq Yaqublu: ittihamlar üzə çıxır

  • 15 Dekabr 2023
  • comments

Dalanda həzm çətinləşsə də…

  • 15 Dekabr 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda