• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prezidentliyə namizəd göstərmək hüquqlu partiyalar

  • 11 Dekabr 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkisində siyasi partiyaların da namizəd irəli sürmək hüququ var. Novator.az bildirir ki, Ədliyyə Nazirliyi 26 partiyanı dövlət qeydiyyatına alıb: Ağ Partiya, Ana Vətən Partiyası, Azad Vətən Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Ümid Partiyası, Böyük Azərbaycan Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik İslahatlar Partiyası, Ədalət Partiyası, Gələcək Azərbaycan Partiyası, Haqq-Ədalət Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Milli Cəbhə Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Müasir Müsavat Partiyası, Müsavat Partiyası, Respublikaçı Alternativ Partiyası, Vəhdət Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Yeni Azərbaycan Partiyası, Yeni Zaman Partiyası.

İndiki prezident İlham Əliyev 2003-cü il oktyabrın 15-də və 2008-ci il oktyabrın 15-də mandat alıb.

2009-cu ildə eyni şəxsin ardıcıl iki dəfədən çox prezident seçilməsi yasağı götürülüb. 2013-cü il oktyabrın 9-da İlham Əliyev yenə prezident seçilib.

2016-cı ildə prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırılıb və prezidentə növbədənkənar prezident seçkisi elan etmək hüququ verilib. 2018-ci il aprelin 11-də keçirilən növbədənkənar seçkidə İlham Əliyev qalib gəlib.

İlham Əliyev 2023-cü il dekabrın 7-də növbədənkənar prezident seçkisinə sərəncam verib. Seçki 2024-cü il fevralın 7-nə təyin olunub.

Azərbaycan Konstitusiyasına görə, ölkə ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququ olan, ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan vətəndaşı prezident seçilə bilər.

Prezidentliyə namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası (60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza) toplanmalıdır. Bir seçici yalnız bir namizədin müdafiəsi üçün imza ata bilər.

Səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxunun səsini alan namizəd prezident seçilmiş sayılır.

Maaş və qiymət artımı

  • 11 Dekabr 2023
  • comments

37 aktiv xəstə var

  • 11 Dekabr 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstan parlamenti müxalifsiz qaldı

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrailin Çindən İran umacağı – “Bloomberg”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Pəhləvi Trampa ismarış göndərib – “Foks Nyus”

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Gürcüstan parlamenti müxalifsiz qaldı

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstan parlamenti müxalifsiz qaldı

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrailin Çindən İran umacağı – “Bloomberg”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda