• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Putin yolu

  • 07 Dekabr 2023
  • comments
  • hikmet
  • Posted in Xəbər

Rusiyada növbəti prezident seçkisi 2024-cü il martın 17-də keçiriləcək.

Konstitusiyaya görə, dövlət başçısı və Silahlı Qüvvələrin ali baş komandanı statusu daşıyan prezident ümumxalq səsverməsində 6 il müddətinə seçilir.

Heç kim iki dəfədən çox prezident seçilə bilməz, ancaq indiki dövlət başçısı Vladimir Putinin 2024 və 2030-cü illərin prezident seçkilərinə qatılmaq hüququ var.

Prezident Rusiya Hökuməti sədrini (baş naziri) parlamentin aşağı palatası olan Dövlət Dumasının razılığı ilə təyin edir; onu vəzifədən çıxarır; hökumətin fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir; baş nazirin təqdimatı ilə federal icra orqanlarının strukturunu təsdiqləyir; hökuməti istefaya göndərir; baş nazirin və onun müavinlərinin, nazirlərin, həmçinin birbaşa prezidentə tabe olan federal icra orqanlarının rəhbərlərinin istefasını qəbul edir; Dövlət Dumasına Mərkəzi Bankın sədrinin təyinatı və vəzifədən götürülməsi barədə təqdimat verir.

Baş nazirin müavinlərini və nazirləri prezident Dövlət Dumasının razılığı ilə təyin edir.

Müdafiə, təhlükəsizlik, daxili işlər, ədliyyə, xarici işlər, fövqəladə hallar, ictimai təhlükəsizlik sahələrinə məsul federal icra orqanlarının rəhbərlərinin təyinatını prezident parlamentin yuxarı palatası olan Federasiya Şurası ilə məsləhətləşmə əsasında aparır.

Konstitusiya Məhkəməsi hakimlərini (həmçinin sədri və onun müavinini), Ali Məhkəmə hakimlərini (həmçinin sədri və onun müavinlərini) Federasiya Şurası prezidentin təqdimatı ilə təyin edir. Qalan federal məhkəmələrin hakimlərinin (həmçinin sədr və müavinlərin) təyinatı prezidentin səlahiyyətindədir.

Baş prokurorun və onun müavinlərinin, federasiya subyektlərinin prokurorlarının (həmçinin həmin ranqa uyğun prokurorların) təyinatını prezident yuxarı palata ilə məsləhətləşib aparır.

Prezidentin Federasiya Şurasına 30 senator təyin etmək; Dövlət Şurası yaratmaq; Təhlükəsizlik Şurası yaratmaq və ona rəhbərlik eləmək; Prezident Administrasiyası yaratmaq və onun rəhbərini təyin etmək; Silahlı Qüvvələrin ali komandanlarını, səfirləri təyin etmək; Dövlət Dumasına seçki təyin etmək, referendum təyin etmək; qanunla müəyyən olunmuş hallarda Dövlət Dumasını buraxmaq; qanunvericilik təşəbbüsü ilə çıxış etmək və qanunları imzalamaq; federasiya subyektlərinin icra orqanlarının aktlarını qüvvədən salmaq kimi səlahiyyətləri də var.

Vətəndaşlıq və siyasi sığınacaq məsələlərinin həlli, ali rütbələr və fəxri adlar vermək, əfv eləmək də prezidentin səlahiyyətindədir.

Novator.az bildirir ki, Vladimir Putin 1952-ci il oktyabrın 7-də Leninqrad (Sankt-Peterburq) şəhərində doğulub, orada orta təhsil alıb.

Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirib, həmçinin Moskvada Dövlət Təhlükəsizliyi Komitəsinin Ali Məktəbində və Xarici Kəşfiyyat Akademiyasında oxuyub.

1975-1990-cı illərdə təhlükəsizlik orqanlarında çalışıb.

1990-cı ildən əvvəl Leninqrad Dövlət Universiteti rektorunun beynəlxalq məsələlər üzrə köməkçisi, sonra Leninqrad Şəhər Soveti sədrinin müşaviri postlarını tutub.

1991-ci ildən Sankt-Peterburq meriyasında çalışıb, 1994-cü ildən Sankt-Peterburq hökuməti sədrinin birinci müavini olub.

1996-cı ildən Rusiyanın ali hakimiyyət orqanlarında işləyib, prezidentin işlər müdirinin müavini, Prezident Administrasiyası rəhbərinin birinci müavini, Federal Təhlükəsizlik Xidmətinin direktoru (eyni zamanda Təhlükəsizlik Şurasının katibi) olub.

1999-cu il avqustun 16-da baş nazir təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib, 2000 və 2004-cü illərdə prezident seçilib.

2008-ci ilin may ayından baş nazir olub, 2012 və 2018-ci illərdə prezident mandatı alıb.

Dolların sükutu

  • 07 Dekabr 2023
  • comments

Azərbaycan prezident seçkisinə gedir

  • 07 Dekabr 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda