Maliyyə Nazirliyinin hesabatına görə, oktyabrın 1-nə Azərbaycanın xarici dövlət borcu 6 milyard 525,8 milyon ABŞ dolları məbləğində rəsmiləşib. Bu, 2023-cü ilə nəzərdə tutulan ümumi daxili məhsulun (ÜDM) 9,3 faizinə bərabərdir.
Novator.az bildirir ki, 2011-ci ilə 3 milyard 857,3 milyon dollar, 2012-ci ilə 4 milyard 816,7 milyon dollar, 2013-cü ilə 5 milyard 708,4 milyon dollar, 2014-cü ilə 4 milyard 753,2 milyon manat (həmin dövrün rəsmi məzənnəsi ilə 6 milyard 58,9 milyon dollara yaxın) xarici borc qeydə alınıb.
2015-ci il yola 6 milyard 478,2 milyon dollar, 2016-cı il 6 milyard 894,3 milyon dollar, 2017-ci il 6 milyard 913,2 milyon dollar, 2018-ci il 9 milyard 398,3 milyon dollar, 2019-cu il 8 milyard 927 milyon dollar, 2020-ci il 8 milyard 320 milyon dollar, 2021-ci il 8 milyard 100,4 milyon dollar, 2022-ci il 7 milyard 393,4 milyon dollar, 2023-cü il 6 milyard 693,2 milyon dollarla çıxıb.
2011-ci ilə xarici borcun ÜDM-ə nisbəti 7,4 faiz, 2012-ci ilə 7,6 faiz, 2013-cü ilə 8,3 faiz, 2014-cü ilə 8,2 faiz, 2015-ci ilə 8,6 faiz, 2016-cı ilə 19,8 faiz, 2017-ci ilə 20,4 faiz, 2018-ci ilə 22,8 faiz, 2019-cu ilə 19 faiz, 2020-ci ilə 17,3 faiz, 2021-ci ilə 19 faiz, 2022-ci ilə 13,5 faiz, 2023-cü ilə 8,5 faiz göstərilib.