• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İnzibati ərazi bölgüsündə yeniliklər

  • 05 Dekabr 2023
  • comments
  • hikmet
  • Posted in Xəbər

Parlamentin 5 dekabr iclasında Ağdərə rayonunun yaradılması layihəsinə xeyir-dua verilib. Layihəyə görə, Ağdərə Tərtərin Ağdərə şəhəri, Şıxarx qəsəbəsi, 24 kəndi, Kəlbəcərin 23 kəndi, Ağdamın 10 kəndi əsasında yaradılır.

1992-ci il avqustun 25-də Ağdərə rayonunun bir hissəsi Tərtər rayonunun tərkibinə verilmiş, oktyabrın 13-də isə rayon ləğv olunaraq Ağdam, Kəlbəcər və Tərtər rayonları arasında bölüşdürülmüşdü.

Milli Məclis Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə yenilikləri də qəbul edib. Layihəyə əsasən, Şuşanın Malıbəyli, Yuxarı Quşçular və Aşağı Quşçular kəndləri Xocalıya verilir, Füzulinin Yuxarı Veysəlli, Ağbaşlı, Cəbrayılın Yuxarı Məzrə, Laçının Alıcan kəndləri ləğv edilir, əraziləri Xocavəndə keçir.

Füzulinin Divanalılar kəndinin 139 hektar ərazisi Xocavəndə, Xocalının 186 hektar torpaq sahəsi Ağdama, Xocavəndin 481 hektar torpaq sahəsi Qubadlıya ötürülür.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın cənub-qərbini (Xankəndi şəhərini, Şuşa, Xocalı, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarını tam, Xocavənd rayonunu, keçmiş Ağdərə rayonunu, Ağdam, Füzuli, Cəbrayıl rayonlarını qismən) və Sədərək rayonunun Kərki, Qazax rayonunun Aşağı Əskipara, Bağanıs Ayrım, Barxudarlı, Xeyrimli, Qızılhacılı, Sofulu, Yuxarı Əskipara kəndlərini ələ keçirib, Qarabağda işğalçı rejim qurub.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı savaş nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.

2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 28-də özünü buraxıb.

Büdcə zərfi rəsmiləşir

  • 05 Dekabr 2023
  • comments

Gürcüstan: ərzaq 3,1 faiz ucuzlaşıb

  • 05 Dekabr 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Bölgə
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda