Noyabrda Türkiyədə istehlak qiymətləri 2022-ci ilin eyni ayına nəzərən 61,98 faiz yüksəlib. Hesabatı yayan Statistika Qurumu bildirir ki, 143 əsas mal, məhsul və xidmətin 113-də bahalaşma, 23-də ucuzlaşma rəsmiləşib, 7-də qiymət sabit qalıb.
Novator.az bildirir ki, 2021-2022-ci illərdə Azərbaycanda 100 Türkiyə lirəsinin rəsmi kursu 22 manat 91 qəpikdən 9 manat 9 qəpiyə düşüb.
2023-cü il də devalvasiya ilə keçir: yanvar 9 manat 7 qəpik, fevral 9 manat 4 qəpik, mart 9 manat, aprel 8 manat 86 qəpik, may 8 manat 74 qəpik, iyun 8 manat 19 qəpik, iyul 6 manat 53 qəpik, avqust 6 manat 31 qəpik, sentyabr 6 manat 36 qəpik, oktyabr 6 manat 20 qəpik, noyabr 6 manat, dekabr 5 manat 88 qəpiklə başlayıb.
Dekabrın 4-də ABŞ dollarının rəsmi satış qiyməti 28,9 lirəni ötür. 2023-cü il 18,7 lirə ilə start götürmüşdü.
Türkiyənin Mərkəzi Bankı lirənin dəyər itirməsini dayandırmaq üçün uçot dərəcəsini (banklara verilən borclar üzrə faiz dərəcəsi) artırır. İyunun 22-də uçot dərəcəsi 8,5 faizdən 15 faizə yüksəlib, iyulun 20-dən 17,5 faiz, avqustun 24-dən 25 faiz, sentyabrın 21-dən 30 faiz, oktyabrın 26-dan 35 faiz, noyabrın 23-dən 40 faiz həddi qüvvəyə minib.