• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Siyasi məhbus siyahısı yenilənib

  • 01 Dekabr 2023
  • comments
  • hikmet
  • Posted in Xəbər

Hüquq müdafiəçiləri Leyla Yunus və Elşən Həsənov dekabrın 1-də siyasi məhbus siyahısını yeniləyib. “Turan”ın məlumatına görə, siyasi məhbus sayılan 254 nəfər siyahıda 8 qrupa bölünüb: 183 inanclı; “Gəncə işi” (2018-ci il) üzrə tutulan 22 nəfər; müxalif partiyaların və hərəkatların 13 üzvü; 11 jurnalist və bloqçu; 11 ömürlük məhkum; “Tərtər işi” (2017-ci il) üzrə tutulan 7 nəfər; Almaniyadan deportasiya olunmuş 5 sabiq siyasi mühacir; 2 hüquq müdafiəçisi.

Avropa Şurasının meyarlarına əsasən, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.

2017-ci ildə əsasən Tərtər istiqamətində bir qrup hərbi qulluqçu və mülki şəxs düşmən kəşfiyyatı ilə məxfi əməkdaşlıq ittihamı ilə tutulub.

Bir qrup şəxs 2018-ci ildə Gəncənin icra başçısına qəsdə, şəhərdə iki polis zabitinin həlak olmasına gətirən hadisələrə görə tutulub.

Finiş havası

  • 01 Dekabr 2023
  • comments

Qadınlar haqqında haqsız mühakimə yürüdən kişilərə

  • 01 Dekabr 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda