“AzəriLayt” markalı Azərbaycan neftinin barreli dekabr ayına 84,57 dollarla start verib. Xəbəri Energetika Nazirliyi yayıb.
Yanvar 87,99, fevral 87,53, mart 85,01, aprel 81,88, may 79,04, iyun 75,05, iyul 78,85, avqust 89,27, sentyabr 91,43, oktyabr 97,77, noyabr 91,39 dollarla başlamışdı.
2023-cü ilin dövlət büdcəsində bir barrel neft 60 dollardan götürülüb.
Yanvar-oktyabr aylarında Azərbaycanda kondensatla birgə 25,3 milyon ton neft çıxarılıb, ölkədən 13,7 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub.
Gündəlik xam neft hasilatı yanvarda 533 min barrel, fevralda 531 min barrel, martda 515 min barrel, apreldə 512 barrel, may və iyunda 500 min barrel, iyulda 499 min barrel, avqustda 498 min barrel, sentyabrda 491 min barrel, oktyabrda 489 min barrel göstərilib.
Beynəlxalq razılaşma 2023-cü il üçün gündəlik hasilat həddini 684 min barrel, 2024-cü il üçün 551 min barrel müəyyən edib.
Novator.az bildirir ki, 2008-ci ildə ölkədə 44,5 milyon ton, 2009-cu ildə 50,4 milyon ton, 2010-cu ildə 50,8 milyon ton, 2011-ci ildə 45,6 milyon ton, 2012-ci ildə 43,4 milyon ton, 2013-cü ildə 43,5 milyon ton, 2014-cü ildə 42 milyon ton, 2015-ci ildə 41,6 milyon ton, 2016-cı ildə 41 milyon ton, 2017-ci ildə 38,7 milyon ton, 2018-ci ildə 38,8 milyon ton, 2019-cu ildə 37,4 milyon ton, 2020-ci ildə 34,5 milyon ton, 2021-ci ildə 34,6 milyon ton, 2022-ci ildə 32,6 milyon ton neft hasil olunub.