![]({"full":{"0":"2018\/03\/Baki-Statistika-\u0130daresi-1.jpg","1":750,"2":475,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2018\/03\/Baki-Statistika-\u0130daresi-1.jpg"}})
2023-cü il oktyabrın 1-nə Azərbaycan paytaxtında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 1167,9 manata çatıb. Hesabatı yayan Bakı Şəhər Statistika İdarəsi bildirir ki, yanvar-oktyabr aylarında paytaxt sənayesində 47 milyard manatlıq istehsal və xidmət qeydə alınıb, 2022-ci ilin eyni dövrünə nəzərən ticarət dövriyyəsinin həcmi 6,1 faiz, ictimai iaşə dövriyyəsinin həcmi real ifadədə 23,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri real ifadədə 19,3 faiz artıb.