• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Canni De Byazi getdi

  • 22 Noyabr 2023
  • comments
  • hikmet
  • Posted in Xəbər

AFFA İcraiyyə Komitəsinin 22 noyabr iclasında Azərbaycan milli komandasının baş məşqçisi məsələsinə baxılıb, italyan Canni De Byazi postdan ayrılıb.

Novator.az bildirir ki, Canni De Byazi yığmaya 2020-ci il iyulun 10-dan italyan baş məşqçilik edib, milli onun rəhbərliyi ilə 39 matç keçirib: 10 qələbə, 8 heç-heçə, 21 məğlubiyyət.

2020-ci ildə Millətlər Liqasının C divizionunda yarışan yığma 4 komandalıq qrupu 3-cü yerdə bitirib.

2022-ci ilin dünya çempionatının seçmə mərhələsində milli 5 komandalıq qrupu sonuncu pillədə tamamlayıb.

2022-ci ildə Millətlər Liqasının C divizionunda yarışan yığma 4 komandalıq qrupu 2-ci yerdə bitirib.

2024-cü ilin Avropa çempionatının seçmə mərhələsində yığma 5 komandalıq qrupda dördüncü olub.

1956-cı il təvəllüdlü Canni De Byazi ölkəsində bir çox klubun, o cümlədən “İnter”, “Peskara”, “Breşia”, “Palermo”, “Viçensa” komandalarının yarımmüdafiəçi olub.

Məşqçi kimi Canni De Byazi bir çox komandada, o cümlədən İtaliyanın “Karpi”, SPAL, “Modena”, “Breşia”, “Torino”, “Udineze”, İspaniyanın “Levante”, “Alaves” klublarında çalışıb, Albaniya milli komandasına baş məşqçilik edib.

Milli komandanın sükanı arxasında 1992-1993-cü illərdə Ələkbər Məmmədov, 1994-1995-ci illərdə Ağasəlim Mircavadov, 1995-1996-cı illərdə Kazbek Tuayev, 1997-1999-cu illərdə Vaqif Sadıqov, 1999-2000-ci illərdə Əhməd Ələsgərov, 2000-2001-ci illərdə İqor Ponomaryov, 2002-2004-cü illərdə Əsgər Abdullayev, 2004-2005-ci illərdə Karlos Alberto Torres, 2005-2007-ci illərdə Şahin Diniyev, 2008-2014-cü illərdə Berti Foqts, 2014-2017-ci illərdə Robert Prosineçki, 2017-2018-ci illərdə Qurban Qurbanov, 2019-cu ildə Nikola Yurçeviç dayanıb.

Almaniya yolçuları

  • 22 Noyabr 2023
  • comments

Xarici valyutada əmanət və depozitlər nə qədər aza...

  • 22 Noyabr 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda