• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yığmalı tarixçə

  • 20 Noyabr 2023
  • comments
  • hikmet
  • Posted in AktualXəbər

Azərbaycanın milli futbol komandası beynəlxalq turnirlərə 1996-cı ilin Avropa çempionatının seçmə mərhələsindən qatılıb. Novator.az bildirir ki, milli həmin turnirdə 6 komandalıq qrupda sonuncu yeri tutub.

1998-ci ilin dünya çempionatının seçmə mərhələsini yığma 5 komanda arasında qrup sonuncusu kimi bitirib.

2000-ci ilin Avropa çempionatının seçmə turnirini Azərbaycan 6 komanda arasında 5-ci sırada başa vurub.

2002-ci ilin dünya çempionatının seçmə mərhələsində Azərbaycan 6 komanda arasında sonuncu olub.

2004-cü ilin Avropa çempionatının seçmə mərhələsində milli 5 komanda arasında son pilləni tutub.

2006-cı ilin dünya çempionatının seçmə mərhələsini milli komanda 6 komanda arasında axır sırada başa vurub.

2008-ci ilin Avropa çempionatının seçmə mərhələsində komanda 8 komanda arasında sonuncu olub.

2010-cu ilin dünya çempionatının seçmə mərhələsini milli 6 komanda arasında 5-ci sırada bitirib.

2012-ci ilin Avropa çempionatının seçmə mərhələsində yığma 6 komandalıq qrupda 5-ci olub.

2014-cü ilin dünya çempionatının seçmə mərhələsində milli 6 komanda arasında 4-cü yeri tutub.

2016-cı ilin Avropa çempionatının seçmə mərhələsində yığma 6 komanda arasında 5-ci olub.

2018-ci ilin dünya çempionatının seçmə mərhələsində milli 6 komanda arasında 5-ci yeri götürüb.

2018-ci ildə Millətlər Liqasının D divizionunda yığma 4 komandalıq qrupu 2-ci sırada bitirib.

2020-ci ilə təyin edilən, koronavirus pandemiyasına görə 2021-ci ildə keçirilmiş Avropa çempionatının seçmə mərhələsində milli 5 komandalıq qrupda sonuncu olub.

2020-ci ildə Millətlər Liqasının C divizionunda yarışan yığma 4 komandalıq qrupu 3-cü yerdə bitirib.

2022-ci ilin dünya çempionatının seçmə mərhələsində milli 5 komandalıq qrupu sonuncu pillədə tamamlayıb.

2022-ci ildə Millətlər Liqasının C divizionunda yarışan yığma 4 komandalıq qrupu 2-ci yerdə bitirib.

2024-cü ilin Avropa çempionatının seçmə mərhələsində yığma 5 komandalıq qrupda dördüncü olub.

Milli komandanın sükanı arxasında 1992-1993-cü illərdə Ələkbər Məmmədov, 1994-1995-ci illərdə Ağasəlim Mircavadov, 1995-1996-cı illərdə Kazbek Tuayev, 1997-1999-cu illərdə Vaqif Sadıqov, 1999-2000-ci illərdə Əhməd Ələsgərov, 2000-2001-ci illərdə İqor Ponomaryov, 2002-2004-cü illərdə Əsgər Abdullayev, 2004-2005-ci illərdə Karlos Alberto Torres, 2005-2007-ci illərdə Şahin Diniyev, 2008-2014-cü illərdə Berti Foqts, 2014-2017-ci illərdə Robert Prosineçki, 2017-2018-ci illərdə Qurban Qurbanov, 2019-cu ildə Nikola Yurçeviç dayanıb.

2020-ci il iyulun 10-dan italyan Canni De Byazi baş məşqçilik edir. Yığma onun rəhbərliyi ilə 28 rəsmi matç keçirib:

2020-ci ildə UEFA Millətlər Liqasının qrup raundu: Lüksemburq – 1:2 və 0:0, Kipr – 0:0 və 1:0, Monteneqro – 0:0 və 0:2.

2021-ci ildə dünya çempionatının seçmə mərhələsi: Portuqaliya – 0:3 və 0:1, Serbiya – 1:2 və 1:3, İrlandiya – 0:3 və 1:1, Lüksemburq – 1:3 və 1:2.

2022-ci ildə Millətlər Liqasının qrup mərhələsi: Qazaxıstan – 3:0 və 0:2, Belarus – 2:0, 0:0, Slovakiya – 0:1, 2:1.

2023-cü ildə Avropa çempionatının seçmə mərhələsi: Avstriya – 0:1 və 1:4, İsveç – 3:0 və 0:5, Estoniya – 1:1 və 2:0, Belçika – 0:1 və 0:5.

Kabinetin yaşı

  • 20 Noyabr 2023
  • comments

Makroiqtisadi göstəricilər

  • 20 Noyabr 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda