Dövlət Statistika Komitəsi makroiqtisadi hesabat yayıb.
Rəsmi məlumata görə, yanvar-oktyabr aylarında Azərbaycanın kənd təsərrüfatının ümumi məhsulu 2022-ci ilin eyni dövrünə nəzərən 3 faiz (heyvandarlıq məhsulları istehsalı 3,3 faiz, bitkiçilik məhsulları istehsalı 2,7 faiz) artıb.
Nəqliyyat sektorunda yük daşınmasının 5,4 faiz, sərnişin daşınmasının 17,8 faiz yüksəldiyi bildirilir.
İnformasiya və rabitə xidmətlərinin həcmi üzrə artım 15,8 faiz, ictimai iaşə dövriyyəsi üzrə real ifadədə 19,5 faiz göstərilir.
Hesabata əsasən, əhalinin gəlirləri nominal ifadədə 13,2 faiz artıb, oktyabrın 1-nə kredit portfeli milli valyuta ekvivalentində 23 milyard 18,6 milyon manat, əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 12 milyard 705,5 milyon manat həddində rəsmiləşib.
Noyabrın 1-nə iqtisadi fəal əhalinin 4 milyon 960,4 min nəfəri məşğul şəxslər, 230,7 min nəfəri işsiz kimi qeydə alınıb, yanvar-sentyabr aylarında 60,9 min yeni iş yeri açılıb, 10,8 min iş yeri bağlanıb.
Ümumi daxili məhsul: il, illər