2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1204 yol-nəqliyyat hadisəsində 627 nəfər həlak olub, 1034 nəfər xəsarət alıb. Hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, hadisələrin 40 faizi bir neçə nəqliyyat vasitəsinin, 36,8 faizi nəqliyyat vasitələrinin və piyadaların, 23,2 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.