Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan Türkiyəyə 4,8 milyard dollarlıq məhsul göndərilib.
Novator.az bildirir ki, Rusiyaya ixrac 961 milyon, Gürcüstana 629,2 milyon, Ukraynaya 94,7 milyon, Qazaxıstana 87,4 milyon, Türkmənistana 72,5 milyon, Qırğızıstana 44,1 milyon, Latviyaya 43,2 milyon, Özbəkistana 39,2 milyon, Belarusa 24,5 milyon, İrana 12,2 milyon, Moldovaya 9,5 milyon, Estoniyaya 5 milyon, Tacikistana 4,6 milyon, Litvaya 1,6 milyon dollar göstərilir.
On ayda Azərbaycan Rusiyadan 2,4 milyard, Türkiyədən 1,9 milyard dollarlıq mal alıb.
Qalan yaxın ölkələr idxal dəyərinə görə belə sıralanıb: Türkmənistan – 637,7 milyon dollar, İran – 382,6 milyon dollar, Belarus – 248,8 milyon dollar, Qazaxıstan – 196,5 milyon dollar, Ukrayna – 190,3 milyon dollar, Gürcüstan – 107 milyon dollar, Özbəkistan – 103,6 milyon dollar, Litva – 44,7 milyon dollar, Latviya – 16,7 milyon dollar, Estoniya – 5,1 milyon dollar, Moldova – 3,7 milyon dollar, Qırğızıstan – 3,4 milyon dollar, Tacikistan – 581,1 min dollar.