Dövlət Statistika Komitəsinin hesabatına görə, 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 25 milyard 833,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20 milyard 339,3 milyon manatlıq qeyri-ərzaq malları satılıb, alınan mallara xərclənən vəsaitin 51,7 faizi ərzaq məhsullarının, 4,2 faizi içkilər və tütün məmulatlarının payına düşüb.
Başqa açıqlamaya əsasən, yanvar-sentyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 192 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 117 ölkəyə ixrac, 183 ölkədən idxal qeydə alınıb, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dövriyyə faktiki qiymətlərlə 18,7 faiz, real ifadədə 3,1 faiz azalıb, idxalda real ifadədə 4,6 faiz artım, ixracda 5,7 faiz azalma rəsmiləşib.