Energetika Nazirliyinin 15 noyabr məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 88,11 dollara satılır. Bu, ayın start qiymətindən 3,28 dollar aşağı göstəricidir.
2023-cü ilin dövlət büdcəsində bir barrel neft 60 dollardan götürülüb, “AzəriLayt” yanvara 87,99, fevrala 87,53, marta 85,01, aprelə 81,88, maya 79,04, iyuna 75,05, iyula 78,85, avqusta 89,27, sentyabra 91,43, oktyabra 97,77, noyabra 91,39 dollarla start verib.
Yanvar-oktyabr aylarında ölkədə kondensatla birgə 25,3 milyon ton neft çıxarılıb. Gündəlik xam neft hasilatı yanvarda 533 min barrel, fevralda 531 min barrel, martda 515 min barrel, apreldə 512 barrel, may və iyunda 500 min barrel, iyulda 499 min barrel, avqustda 498 min barrel, sentyabrda 491 min barrel göstərilib.
Beynəlxalq razılaşma 2023-cü il üçün gündəlik hasilat həddini 684 min barrel, 2024-cü il üçün 551 min barrel müəyyən edib.
2008-ci ildə ölkədə 44,5 milyon ton, 2009-cu ildə 50,4 milyon ton, 2010-cu ildə 50,8 milyon ton, 2011-ci ildə 45,6 milyon ton, 2012-ci ildə 43,4 milyon ton, 2013-cü ildə 43,5 milyon ton, 2014-cü ildə 42 milyon ton, 2015-ci ildə 41,6 milyon ton, 2016-cı ildə 41 milyon ton, 2017-ci ildə 38,7 milyon ton, 2018-ci ildə 38,8 milyon ton, 2019-cu ildə 37,4 milyon ton, 2020-ci ildə 34,5 milyon ton, 2021-ci ildə 34,6 milyon ton, 2022-ci ildə 32,6 milyon ton neft hasil olunub.