Azərbaycanın müəssisələri və fərdi sahibkarları 2023-cü ilin yanvar-oktyabr aylarında 55,6 milyard manatlıq, ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz az sənaye məhsulu istehsal edib. Hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, neft-qaz sektorunda məhsul istehsalı 2,4 faiz azalıb, qeyri neft-qaz sektorunda 7,4 faiz artıb.
Başqa bir rəsmi açıqlamaya görə, yanvar-oktyabr aylarında əsas kapitala 14 milyard 258 milyon manat məbləğində, 2022-ci ilin eyni dövrünə nəzərən 17,1 faiz çox vəsait yönəldilib, neft-qaz sektoruna investisiyalar 20,4 faiz, qeyri-neft/qaz sektoruna qoyulan vəsait 15,4 faiz artıb.