Avropanın aparıcı milli futbol çempionatlarında fasilə yaranıb. Novator.az bildirir ki, İngiltərə çempionatında “Mançester Siti” 28 xalla öndədir. “Liverpul” və “Arsenal” 27, “Tottenhem” 26, “Aston Villa” 25 xal toplayıb.
İspaniya çempionatına 34 xalla “Jirona” başçılıq edir. “Real” 32, “Barselona” 30, “Atletiko” 28 xal götürüb.
İtaliya çempionatında “İnter” 31 xalla liderdir. “Yuventus” 29, “Milan” 23, “Napoli” 21, “Fiorentina” və “Atalanta” 20 xal yığıb.
Almaniya çempionatında “Bayer” zirvədədir: 31 xal. Lideri 29 xalla “Bavariya”, 24 xalla “Ştutqart”, 23 xalla “Leypsiq”, 21 xalla “Borussiya” (Dortmund) izləyir.
Fransa çempionatında PSJ 27, “Nitsa” 26, “Monako” 24, “Lill” və “Reyms” 20 xal əldə edib.