Mərkəzi Bankın İdarə Heyəti noyabrın 1-də uçot dərəcəsini 8,5 faizə endirib. Mayın 4-dən 9 faiz həddi qüvvədə idi.
Uçot dərəcəsi kommersiya banklarına manatla verilən borclar üzrə faiz dərəcəsidir. Novator.az bildirir ki, 2023-cü il 8,25 faizlə start götürüb.
Növbəti qərar dekabrın 20-də elan olunacaq.
2008-ci il yola 13 faizlik, 2009-cu il 8 faizlik, 2010-cu il 2 faizlik, 2011-ci il 3 faizlik uçot dərəcəsi ilə çıxıb.
Sonrakı illərin ilkin faiz dərəcəsi belə olub: 2012-ci il – 5,25 faiz, 2013-cü il – 5 faiz, 2014-cü il – 4,75 faiz, 2015-ci il – 3,5 faiz, 2016-cı il – 3 faiz, 2017 və 2018-ci illər – 15 faiz, 2019-cu il – 9,75 faiz, 2020-ci il – 7,5 faiz, 2021-ci il – 6,25 faiz, 2022-ci il – 7,25 faiz.