• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Qızıl top” statistikası

  • 31 Oktyabr 2023
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Novator.az “Qızıl top” mükafatı almış futbolçuların yenilənmiş siyahısını təqdim edir:

Lionel Messi (Argentina) – 8 mükafat

Kriştiano Ronaldo (Portuqaliya) – 5

Yohan Kroyf (Niderland), Mişel Platini (Fransa), Marko van Basten (Niderland) – 3

Alfredo Di Stefano (İspaniya), Frans Bekkenbauer (Almaniya), Kevin Kiqan (İngiltərə), Karl-Haynts Rummenigge (Almaniya), Ronaldo (Braziliya) – 2

Stenli Metyuz (İngiltərə), Raymond Kopa (Fransa), Luis Suares Miramontes (İspaniya), Omar Sivori (İtaliya), Yozef Masopust (Çexoslovakiya), Lev Yaşin (SSRİ), Denis Lou (Şotlandiya), Eysebio (Portuqaliya), Bobbi Çarlton (İngiltərə), Florian Albert (Macarıstan), Corc Best (Şimali İrlandiya), Canni Rivera (İtaliya), Gerd Müller (Almaniya), Oleq Bloxin (SSRİ), Alen Simonsen (Danimarka), Paolo Rossi (İtaliya), İqor Belanov (SSRİ), Ruud Qullit (Niderland), Lotar Matteus (Almaniya), Jan-Pyer Papen (Fransa), Roberto Bacco (İtaliya), Xristo Stoiçkov (Bolqarıstan), Corc Vea (Liberiya), Mattias Zammer (Almaniya), Zinəddin Zidan (Fransa), Rivaldo (Braziliya), Luiş Fiqu (Portuqaliya), Maykl Ouen (İngiltərə), Pavel Nedved (Çexiya), Andrey Şevçenko (Ukrayna), Ronaldinyo (Braziliya), Fabio Kannavaro (İtaliya), Kaka (Braziliya), Luka Modriç (Xorvatiya), Kərim Benzema (Fransa) – 1.

“Qızıl top” mükafatı futbolda ən nüfuzlu fərdi təltif sayılır. Fransanın “France Football” jurnalının təsis etdiyi mükafatla 1956-1994-cü illərdə Avropada oynayan yerli futbolçu təltif olunub, 1995-ci ildən avropalı olmayan futbolçunu da təltif etmək imkanı yaradılıb, 2007-ci ildən mükafatın dünyanın ən yaxşı futbolçusuna verilməsinə başlanıb.

2010-2015-ci illərdə “France Football” mükafatı FİFA ilə birgə verib.

Mütləq rekordçu olan Lionel Messi 1987-ci il iyunun 24-ü Argentinanın Rosario şəhərində doğulub, 2000-ci ildən İspaniyada yaşayıb, “Barselona” klubunun məktəbində yetişib.

Hücumçu 2004-2021-ci illərdə “Barselona” forması geyinib, 2021-2023-cü illərdə Fransanın PSJ komandasında oynayıb, indi karyerasını ABŞ-ın “İnter Mayami” komandasında davam etdirir.

Lionel Messi 10 dəfə İspaniya çempionu, 2 dəfə Fransa çempionu olub, 7 dəfə İspaniya kubokunu, 7 dəfə İspaniya superkubokunu, 1 dəfə Fransa superkubokunu, 1 dəfə Liqalar kubokunu (Şimali Amerika) qazanıb.

“Barselona” ilə Lionel Messi 4 dəfə UEFA Çempionlar Liqasının qalibi olub, 3 dəfə UEFA superkubokunu qazanıb, 3 dəfə klublar arasında dünya çempionluğu əldə edib.

Lionel Messi Argentinanın gənclər yığması ilə dünya çempionu (2005) və olimpiya çempionu (2008) titullarına sahib çıxıb.

2005-ci ildən oynadığı Argentina milli komandasının heyətində Lionel Messi Amerika kubokunun sahibi (2021), dünya çempionu (2022) olub.

Valyutaların 10 ayı

  • 31 Oktyabr 2023
  • comments

106 aktiv xəstə var

  • 31 Oktyabr 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda