Azərbaycan Mərkəzi Bankı oktyabrın 19-da 100 Türkiyə lirəsini 6 manat 7 qəpiyə satır. Novator.az bildirir ki, bu, ilin siftəsindən 3 manat aşağı məzənnədir.
2021-2022-ci illərdə 100 lirənin rəsmi kursu 22 manat 91 qəpikdən 9 manat 9 qəpiyə düşüb.
2023-cü il də devalvasiya ilə keçir: yanvar 9 manat 7 qəpik, fevral 9 manat 4 qəpik, mart 9 manat, aprel 8 manat 86 qəpik, may 8 manat 74 qəpik, iyun 8 manat 19 qəpik, iyul 6 manat 53 qəpik, avqust 6 manat 31 qəpik, sentyabr 6 manat 36 qəpik, oktyabr 6 manat 20 qəpiklə başlayıb.
Türkiyədə ABŞ dollarının rəsmi satış qiyməti 28 lirəni ötür.