Avropanın aparıcı milli futbol çempionatlarında qısa fasilə yaranıb. Novator.az bildirir ki, 8 turu oynanmış İngiltərə çempionatında “Tottenhem” və “Arsenal” 20 xalla liderliyi bölüşürlər. “Mançester Siti” 18, “Liverpul” 17, “Aston Villa” və “Brayton” 16 xal toplayıb.
9 turu geridə qalan İspaniya çempionatına 24 xalla “Real” başçılıq edir. “Jirona” 22, “Barselona” 21, “Atletiko” 19, “Atletik” 17, “Real Sosyedad” 15 xal götürüb.
İtaliya çempionatında 8 turdan sonra “Milan” 21 xalla öndədir. “İnter” 19, “Yuventus” və “Fiorentina” 17, “Napoli” 14 xal yığıb.
Almaniya çempionatında 7 turun ardından “Bayer” zirvədədir: 19 xal. Lideri 18 xalla “Ştutqart”, 17 xalla “Bavariya” və “Borussiya” (Dortmund), 15 xalla “Hoffenhaym” izləyir.
8 turu nöqtələyən Fransa çempionatında “Monako” 17, “Nitsa” 16, PSJ və “Brest” 15 xal əldə edib.