• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

AZƏRTAC-dan ərazi arayışı

  • 09 Oktyabr 2023
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

AZƏRTAC Azərbaycanın və Ermənistanın ərazi sahələri ilə bağlı arayış yayıb. Xüsusi müxbir Vüqar Seyidovun imzası ilə yayılan arayışda qeyd olunur ki, çox vaxt ərazilərin sahəsi qeyri-dəqiqliklə təqdim edilir: “Ermənistan ərazisinin sahəsi olduğu kimi – 29743 kvadrat kilometr deyil, 29800 kvadrat kilometr göstərilir, 86692 kvadrat kilometr sahəsi olan Azərbaycan ərazisinin sahəsi isə 86600 kvadrat kilometrə endirilir. Bu, ilk baxışdan yuvarlaqlaşdırma kimi yozula bilər, lakin niyə həmin rəqəmlər Ermənistanın xeyrinə və Azərbaycanın zərərinə olmalıdır? Delimitasiya zamanı yuvarlaqlaşdırılmış məlumatlara deyil, millimetrə qədər dəqiqliyə əsaslanmaq lazım gələcək”.

Novator.az bildirir ki, Dövlət Statistika Komitəsinin saytında Azərbaycanın ərazi sahəsi yuvarlaq – 86,6 min kvadrat kilometr verilir, başqa mənbələr də bu göstəriciyə əsaslanır.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini ələ keçirib.

2020-2023-cü illərdə Azərbaycan Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Zəngilan rayonlarını, Xankəndi şəhərini və keçmiş Ağdərə rayonunu azad edib.

Sədərək rayonunun Kərki kəndi, Qazax rayonunun Bağanıs Ayrım, Sofulu, Qızılhacılı, Barxudarlı, Aşağı Əskipara, Yuxarı Əskipara və Xeyrimli kəndləri işğalda qalır.

Kərki, Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri Ermənistan ərazisi ilə əhatə olunmuş (anklav) vəziyyətdədir.

Azərbaycan 1992-ci ildə Ermənistan ərazisinin bir hissəsini – indi Gədəbəyin Başkənd kəndinə (anklav) aid olan torpaqları tutub.

Azərbaycan Ermənistana ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddiasından çəkinmək, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması prinsipləri əsasında sülh təklif edir. Bu fonda əsas məsələlərdən biri Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasıdır. 2022-ci il mayın 23-də prezident İlham Əliyev delimitasiya üzrə dövlət komissiyası yaradıb. Komissiyaya baş nazirin müavini Şahin Mustafayev sədrlik edir.

Böyük beşlikdə

  • 09 Oktyabr 2023
  • comments

İlk dövrənin iki lideri

  • 09 Oktyabr 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda