• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rusiya hərbçiləri Qarabağdan çıxır?

  • 06 Oktyabr 2023
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Azərbaycan ərazisindəki Rusiya hərbçiləri vaxtından əvvəl çıxarılır. Diplomatik mənbələr xəbəri oktyabrın 6-da yayıb.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edib, Dağ Qarabağda separatçı rejim qurub.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın keçirdiyi hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Xocavənd, Xocalı, Laçın və keçmiş Ağdərə rayonlarının bir çox məntəqəsi azad olunub.

Noyabrın 10-da Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinin birgə bəyanatı ilə atəşkəs əldə olunub, ardınca Dağ Qarabağın bir hissəsinə və bölgədən Ermənistana gedən Laçın yolu boyu Rusiyanın hərbi kontingenti yerləşdirilib. Bu kontingentin odlu silahlarla silahlanmış 1960 hərbi qulluqçudan, 90 hərbi zirehli texnikadan, 380 ədəd avtomobildən və xüsusi texnikadan ibarət olduğu açıqlanıb, ərazidə qalma müddəti 5 il göstərilib.

Noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu (Laçın şəhəri və rayonun 6 kəndi istisna olmaqla) Azərbaycana qaytarılıb.

2022-ci il avqustun 26-da Laçın rayonu tam azad edilib.

2023-cü il aprelin 23-də Laçından Yuxarı Qarabağa gedən yolun başlanğıcında Azərbaycanın sərhəd-buraxılış məntəqəsi qurulub.

2023-cü il sentyabrın 19-u Dağ Qarabağdakı Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərinə, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyat başlayıb, ertəsi gün rejim silahı yerə qoymaq, tərksilah olmaq öhdəliyi götürüb. Sentyabrın 24-dən ermənilərin Dağ Qarabağdan kütləvi köçü başlayıb. Sentyabrın 28-də Qarabağ rejimi özünü buraxıb, bütün təsisatların 2024-cü il yanvarın 1-dək öz fəaliyyətini dayandırması hökmü verilib.

…öl içində!

  • 06 Oktyabr 2023
  • comments

Böyük beşlikdə

  • 09 Oktyabr 2023
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Ordu
  • Siyasət
  • Tarix

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda