2023-cü ilin Nobel sülh mükafatı iranlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədiyə verilib. Qərarı oktyabrın 6-sı Osloda Norveç Nobel Komitəsi açıqlayıb.
Nərgiz Məhəmmədi qadınların zülmə məruz qalmasına qarşı apardığı mübarizəyə, insan hüquq və azadlıqlarının təşviqinə verdiyi töhfəyə görə bu mükafata layiq bilinib.
Nərgiz Məhəmmədi 1972-ci ildə Zəncanda doğulub. Azərbaycan türküdür. İxtisasca fizikdir. O, hüquq müdafiə sahəsində fəaliyyətinə görə 1998-ci ildən başlayaraq beş dəfə azdlıqdan məhrum edilib. Hazırda da həbsdədir.