Mərkəzi Bank oktyabrın 6-da ABŞ dollarının kursunu 1,7 manat həddində saxlayıb. Bu məzənnə oktyabrın 9-dək qüvvədə olacaq və qiymət sabitliyinin 5 il 7 ayı tamamlanacaq.
Novator.az bildirir ki, 2015-ci ilin devalvasiyalarında dolların rəsmi məzənnəsi 0,7844 manatdan 1,5594 manata yüksəlib.
2016-cı ildə rəsmi qiymət 1,7707 manata çatıb.
2017-ci ilin fevralında maksimal qiymət qeydə alınıb: 1,92 manat. Həmin ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.
Manat valyuta hərraclarında qorunur. Dövlət Neft Fondu Mərkəzi Bankın 2023-cü ilin doqquz ayında keçirdiyi valyuta hərraclarında 2 milyard 102,2 milyon ABŞ dolları məbləğində vəsait satıb. Yanvarda fonddan 188,5 milyon, fevralda 356,6 milyon, martda 383,9 milyon, apreldə 286 milyon, mayda 277,2 milyon, iyunda 78,9 milyon, iyulda 272,7 milyon, avqustda 93,9 milyon, sentyabrda 164,5 milyon dollar alınıb.
Analoji satış həcmi 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard, 2021-ci ildə 6,7 milyard, 2022-ci ildə 4,7 milyard dollar göstərilib.