• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qukasyan, Saakyan və İşxanyana ittihamlar

  • 05 Oktyabr 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan ərazisində işğalçı rejimə başçılıq etmiş, oktyabrın 3-də tutulmuş Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyana ittihamları açıqlayıb.

1957-ci il təvəllüdlü Arkadi Qukasyan 1992-ci ildə separatçı Qarabağ rejiminin “parlamentinə” seçilib, həmin ildən “Dövlət Müdafiə Komitəsi”nin rəhbərliyində təmsil edilib, 1993-cü ildən “xarici işlər naziri” postunu tutub. 1997-2007-ci illərdə rejimin “prezidenti” olub, 2009-2018-ci illərdə Ermənistan prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri kimi fəaliyyət göstərib.

1960-cı il təvəllüdlü Bako Saakyan 1990-cı ildə separatçıların qanunsuz hərbi birləşmələrinə qoşulub, məsul vəzifələr tutub. 1997-1999-cu illərdə Ermənistanın daxili işlər və milli təhlükəsizlik nazirinin köməkçisi vəzifəsində çalışıb. 1999-cu ildən işğalçı rejimin “daxili işlər naziri”, 2001-ci ildən “Milli Təhlükəsizlik İdarəsinin rəisi”, 2007-2020-ci illərdə “prezidenti” olub.

1968-ci il təvəllüdlü David İşxanyan işğalçı rejimdə batalyon komandiri, kənd icmasının başçısı, “parlament üzvü” olub, 2023-cü il avqustun 7-də “parlament sədri” seçilib, sentyabrın 1-dən 9-dək “prezident” səlahiyyətlərini icra edib.

Oktyabrın 5-də rəsmi məlumat yayan Dövlət Təhlükəsizliyi Xidməti bildirir ki, Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyanın əməllərində Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilinə, habelə idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə insanların həlak olmasına və digər ağır nəticələrə səbəb olan basqınlar təşkil edən həmin qanunsuz silahlı birləşmələrin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz edilməsinə, mütəşəkkil dəstə halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrinin, döyüş sursatı, partlayıcı qurğular əldə edilməsinə, başqasına verilməsinə, saxlanmasına, daşınmasına və gəzdirilməsinə, pul vəsaitlərini və digər əmlakı tamamilə və qismən, bilavasitə və dolayısı ilə həmin qanunsuz silahlı birləşmələrin terror aktları törətməsi istiqamətində istifadə edəcəyini bilərək həmin məqsədlə qəsdən toplamaq, ayırmaq və verməklə terrorçuluğun maliyyələşdirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunur ki, həmin şəxslərin terror aktlarının törədilməsi məqsədilə Azərbaycan ərazisində həmin əməllərin törədilməsi üsulları, odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan, zəhərli maddələrdən, digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə hazırlığı üzrə təlimlər təşkil etməsi, mütəşəkkil dəstə halında odlu silahdan və silah qismində digər predmetlərdən istifadə etməklə milli ədavət və düşmənçilik niyyəti ilə təkrarən terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatların qərarlar qəbul etməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi ilə müşayiət olunan partlayış, habelə əraziləri davamlı şəkildə minalama və digər hərəkətlər törədərək terror aktları təşkil etməsinə də əsaslı şübhələr var.

Ruben Vardanyan ələ keçdi

İşğalçı Qarabağ rejimi buraxıldı

Ruben Vardanyana ittihamlar açıqlandı

İşğalçı rejimin liderləri tutulub

Qarabağ rejiminin 9 rəhbəri

Araikə ittihamlar

Ədəbiyyat üzrə Nobelin qalibi bəlli oldu

  • 05 Oktyabr 2023
  • comments

Bir qiymətin 5 il 7 ayı

  • 06 Oktyabr 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda